İranda çörək 40% bahalaşdı

İranda çörək 40% bahalaşdı Dünya

İran parlamentinin üzvü Salman İshaqi ölkənin 15 əyalətində çörəyin 40% bahalaşdığını deyib. 

News24.az xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında bildirib.

"Ölkənin 15 əyalətində çörəyin bahalaşmasının vətəndaşları hiddətləndirməsinə baxmayaraq, hökumət rəsmiləri hələdə qiymət artımını təkzib edirlər", – İshaqi qeyd edib.

Daxili işlər naziri Əhməd Vəhidi məsələ ilə bağlı açıqlamasında qiymət artımının yerli icra nümayəndələri vasitəsilə həyata keçirildiyini iddia edib.

Aynurə