İranda daha bir gənc polis tərəfindən güllələndi
Dünya
İranın Sistan və Bəluçistan əyalətinin Kəhnuc şəhərində 25 yaşlı İrfan Zəbərdəst polis tərəfindən güllələnib.
News24.az xəbər verir ki, polislər qanunsuz yanacaq satışı ilə məşğul olduğu bildirilən Zəbərdəstin idarə etdiyi avtomobilə atəş açıblar.
Nəticədə avtomobil aşıb, sürücü isə hadisə yerində həyatını itirib.
Yerli şahidlər polislərin gəncin başına da atəş açdığını bildiriblər.