İranda etiraz aksiyasında ölənlərin sayı artdı
Dünya
İranda kütləvi etiraz aksiyaları zamanı həlak olanların sayı azı 3428 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə Norveçdə yerləşən “Iran Human Rights” (IHR) qeyri-hökumət təşkilatı açıqlama yayıb.
Bildirilir ki, ölənlərin 3379-u cəmi bir neçə gün ərzində – yanvarın 8-dən 12-dək qeydə alınıb.
Təşkilat məlumatlarını İranın Təhsil və Səhiyyə Nazirliklərindəki mənbələrə istinadən açıqlayıb. IHR-in iddiasına görə, etiraz aksiyalarında iştirak edən 10 mindən çox insan saxlanılıb.
Eyni zamanda, çərşənbə günü Tehranda etirazlar zamanı həyatını itirən azı 100 təhlükəsizlik qüvvəsi əməkdaşının dəfn mərasimi keçirilib.