İranda içki fabrikinə silahlı basqın - Anbar yandırıldı - Video
Dünya
Bu gün İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində “Iran-Cola” alkoqolsuz içki fabrikində yanğın baş verib.
News24.az xəbər verir ki, yanğının necə başladığı ilə bağlı ilkin araşdırmalarda təxribat ehtimalı da nəzərdən keçirilir.
Bununla yanaşı, bölgədəki hadisələri işıqlandıran “Halvəş” Teleqram kanalı iki mühafizəçinin ifadəsinə istinadən fabrikə səhər saat 04:00 radələrində ən azı 12 silahlı və maskalı şəxsin daxil olduğunu bildirib.
Həmin şəxslər iki mühafizəçini bağladıqdan sonra fabrikin bəzi hissələrini, o cümlədən material və qablaşdırma avadanlıqlarının saxlanıldığı anbarı yandırıblar.
Mühafizəçilər iki saatdan çox bağlı qaldıqdan sonra saat 06:30 radələrində özlərini azad edə biliblər.