İranda İsraillə əlaqəsi olan - 4 nəfər EDAM EDİLDİ
Dünya
İran İsraillə əlaqəsi olan təxribat qrupunun on üzvündən dördünü edam edib.
News24.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
"İsrailin Mossad kəşfiyyat xidmətinin zabitlərinin rəhbərliyi altında ölkənin təhlükəsizliyini pozmağa çalışan təxribat qrupunun dörd üzvü bu gün səhər edam edilib", - agentlik məhkəmənin bəyanatına əsasən bildirib.
Xatırladaq ki, oktyabrın 24-də İran Kəşfiyyat Xidmətin 10 nəfərdən ibarət qrupu həbs etdiyini açıqlayıb. Həmin şəxslər İranın xüsusi xidmət orqanlarının və silahlı qüvvələrinin İsrail istiqamətində fəaliyyət göstərən əməkdaşlarını müəyyən etməkdə təlimatlandırılıblar. Onların telekinez vasitəsilə “Mossad” zabitləri ilə birbaşa əlaqə saxladıqları qeyd edilir.