İranda öldürülən polislərin sayı 38-ə çatdı
Dünya
İranda müxtəlif bölgələrdə baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının ölənlərinin sayı 38-ə çatıb.
News24.az xəbər verir ki, bu barədə "İRİB" xəbər agentliyi rəsmi məlumatlara istinadla bildirib.
Qeyd olunur ki, Kərmənşah əyalətində 6, Şimali Xorasan əyalətində isə 7 hüquq-mühafizə əməkdaşı həlak olub.
Əvvəlki məlumatlarda ölənlərin sayı 25 olaraq göstərilmişdi.