İranda polis rəisi öldürüldü
Dünya
Ötən gün İranın Kerman əyalətinin Fəryab şəhərində Polisin Profilaktika İdarəsinin rəisi silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.
News24.az xəbər verir ki, hücum zamanı mayor Mehdi Cəmşidi həyatını itirib.
Kerman əyalətinin Polis İdarəsinin Məlumat Mərkəzindən bildirdirilib ki, hücumçular polis rəisinin avtomobilini saxladıqdan sonra ona atəş açıblar.
Hazırda hüquq-mühafizə orqanları hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görür.