İranda qız və oğlan şagirdlərin dərslikləri fərqlənəcək - SƏBƏB

İranda qız və oğlan şagirdlərin dərslikləri fərqlənəcək - SƏBƏB Dünya

İranda oğlan şagirdlərlə qız şagirdlərin dərsliklərinin məzmunu cinsiyyətlərinə görə fərqli olacaq.

News24.az xəbər verir ki, bunu İranın təhsil naziri Rza Murad Səhrayi deyib.

O bildirib ki,  “Qız şagirdlərin dərslikləri həya, mədəniyyət əsasında hazırlanacaq”.

Ölkədə 120 min məktəbin olduğunu deyən nazir islam respublikasının əsasının bu məktəblərdə möhkəmləndirilməsinin vacibliyindən danışıb.

Bu açıqlama isə insan haqları müdafiəçilərinin sərt reaksiyasına səbəb olub.

Onlar ölkədə dərsliklərin cinsiyyətə görə fərqləndirilməsini “orta əsrlərə sürətli qayıdış” hərəkəti adlandırıblar.

Aynurə