İranda şok: Qasım Süleymaninin abidəsi yandırıldı - Video
Dünya
İranda etiraz aksiyaları davam edir.
News24.az xəbər verir ki, aksiyalar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş generalı Qasım Süleymaninin abidəsi yandırılıb.
Sözügedən görüntü sosial şəbəkə platformalarında yayılıb.
Xatırladaq ki, Qasım Süleymani 2020-ci ildə Bağdad aeroportu yaxınlığında ABŞ tərəfindən pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülüb.