İranda turizm kəskin gerilədi

İranda turizm kəskin gerilədi Dünya

İranda rejimə qarşı etirazlar və ABŞ ilə hərbi gərginlik fonunda xarici turizm demək olar ki dayanıb.

News24.az xəbər verir ki, "Etemad" qəzetinin yazdığına görə, 2020-ci ildən sonra ölkəyə gələn turistlərin sayı ciddi şəkildə azalıb. Azalma Ukrayna sərnişin təyyarəsinin vurulmasından sonra başlayıb və sonrakı etirazlar, İsraillə gərginlik və ABŞ ilə qarşıdurma ilə daha da dərinləşib.

Turizm bələdçiləri bildirir ki, son 6 ildə xarici turistlərin payı 10 faizdən aşağı düşüb, Avropadan gələnlər isə 5 faizdən də azdır. Bir çox Avropa tur operatoru artıq İrana turlar təşkil etmir və alternativ kimi İraq, Əfqanıstan və Pakistanı seçir.

Mütəxəssislər bildirirlər ki, inflyasiya və valyuta bahalaşması daxili və xarici səfərlərə də mənfi təsir göstərib. Bir çox turizm agentliyi fəaliyyətini dayandırıb.