İranda yanacaq anbarında güclü yanğın - VİDEO

İranda yanacaq anbarında güclü yanğın - VİDEO Dünya

Ötən gün İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində yanacaq anbarında güclü yanğın meydana gəlib.

News24.az xəbər verir ki, hadisə nəticəsində azı üç avtobus və altı minik avtomobili yanıb.

Məlumata görə, yanğın saat 19:30 radələrində şəhərin sənaye zonasındakı yanacaq anbarında başlayıb.

Yanğın zamanı yaranan güclü tüstünün uzaq məsafədən göründüyü bildirilib.

Hadisənin səbəbi, dəymiş maddi ziyanın həcmi və mümkün insan tələfatı barədə hələlik dəqiq məlumat yoxdur.