İranın ən qədim bankı bombalandı
Dünya
ABŞ və İsrail qüvvələri İranın ən qədim bankına hücum edib.
News24.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “X” sosial media hesabında məlumat verib.
“İranın milli infrastrukturu hücuma məruz qalıb. Bu dəfə ölkəmin ən qədim bankının çoxsaylı əməkdaşın olduğu filialı bombardman edilib”, – deyə Əraqçı əlavə edib.
O, həmçinin iddia edib ki, İran Silahlı Qüvvələri bu cinayətin cavabını verəcək. /Azad İran