İranın "qanlı" çimərliyi: - Yer-göy qırmızıya büründü

İranın "qanlı" çimərliyi: - Yer-göy qırmızıya büründü Dünya

İranın Hörmüz adasında yağan leysan yağışlar nəticəsində dəniz sanki qana bürünüb.

News24.az xəbər verir ki, yağışlardan sonra axan qırmızı sular yerli əhali və turistlər tərəfindən heyranlıqla izlənilib.

Şiddətli yağışdan sonra hər şeyin qırmızıya çevrilməsinin səbəbi isə torpaqdakı güclü dəmir oksididir.

Qeyd edək ki, Hörmüz adasında sıx dəmir oksidi olan torpağına görə qırmızı çimərliklər və canlı qırmızı dalğalar var.


Günel Məlikzadə


İranın "qanlı" çimərliyi: - Yer-göy qırmızıya büründü