"İranın sərt cavabı İsrailin çöküşünü sürətləndirəcək"
Dünya
"İranın sərt cavabı İsrailin zəifləməsini daha da sürətləndirə bilər".
News24.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
O bu fikri İsrail Baş Qərargah rəisi Eyal Zamirin, - ordumuz öz çöküşünə doğru gedir. Mən hazırda 10 qırmızı bayraq qaldırıram. Ehtiyat əsgərlər artıq buna dözə bilməzlər, - ifadəsinə cavab olaraq səsləndirilib.
Qalibaf qeyd edib ki, İsrail gərginliyi artırmaq məqsədilə İran infrastrukturuna hücum edir və bu cür xəbərdarlıqları öz daxilində nəzərə almır.
O, sosial şəbəkədə paylaşımında vurğulayıb ki, İranın sərt cavabı İsrailin çöküş prosesini sürətləndirə bilər. (Anadolu Ajansı)
Nilufər