İranlı millət vəkilindən sabiq prezidentə ittiham: “Ruhani öz oğlunu öldürüb”
Dünya
İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi ölkənin sabiq prezidenti Həsən Ruhaninin öz oğlunun ölümündə şübhəli olduğunu iddia edib.
News24.az "Feraru"ya istinadən xəbər verir ki, o, dövlət telekanallarından birinə müsahibəsində Ruhaninin oğlunun ölümünün detallarında qaranlıq məqamların olduğunu deyib.
“Oğlunu öldürməkdə şübhəli bilinən şəxs 17 ildir Britaniyaya gizli səfərlər edir. Onun elmi işi də plagiatdır. Habelə, onun ikili vətəndaşlığa sahib olmasından şübhələnirlər”, – deyə Rəsayi açıqlayıb.
Millət vəkili iddia edib ki, Həsən Ruhani öz silahı ilə övladını qətlə yetirib.
"Onun evi hərbi baza kimi qorunurdu və heç kim kənardan gəlib onun oğlunu öldürə bilməzdi. Bu cinayət şəxsi silahla törədilib və Ruhaninin özü də bununla bağlı polisə şikayət etməyib", – o deyib.