İşçini elektrik cərəyanı vurdu - BƏDBƏXT HADİSƏ
Dünya
Şanlıurfada bədbəxt hadisə baş verib.
News24.az bildirir ki, hadisə səhər saatlarında Viranşehir mahalının Yabanı Məhəlləsində baş verib. Tikintidə suvaqçı işləyən Mahsun Kurtu elektrik cərəyanı vurub .
Ağır yaralanan Kurt təcili yardımla Viranşehir Dövlət Xəstəxanasına aparılıb. Kurt aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Nəzrin