İslandiya iflic oldu: 100 ildir belə hadisə baş verməmişdi
Dünya
İslandiya son yüz ilin ən güclü qar yağışı ilə mübarizə aparır.
News24.az xəbər verir ki, paytaxt Reykyavikdə qarın qalınlığı 27 santimetrə çatıb, şəhərdə həyat demək olar ki dayanıb. 1921-ci ildən bəri ilk dəfə bu qədər intensiv yağıntı qeydə alınıb.
Güclü qar səbəbindən yollar bağlanıb, hakimiyyət orqanları təhlükəsizlik məqsədilə əhaliyə “evdə qalın” çağırışı edib. Qar təmizləmə maşınları yollarda qalan avtomobillər səbəbindən işlərini çətinliklə davam etdirir.
Meteoroloqlar hadisəni “soyuq hava hövzəsi” adlı nadir təbiət hadisəsi ilə əlaqələndirirlər. İslandiya Meteorologiya İnstitutu sarı və narıncı xəbərdarlıq səviyyəsi elan edib. Polis yay təkəri olan avtomobillərin hərəkətini qadağan edib.
Mütəxəssislər bildirirlər ki, bu cür hava hadisələri təkcə İslandiyada deyil, Avropanın dağlıq bölgələrində də müşahidə olunur və bu, qlobal iqlim dəyişikliklərinin açıq göstəricisidir.