İspaniya Ukraynaya 10 Leopard tankı göndərdi
Dünya
İspaniya hakimiyyəti Ukraynaya daha 10 ədəd Leopard tankı göndərib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir:
“Hərtərəfli təmir prosesi başa çatdıqdan sonra 10 Leopard 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb”.
Tankların həftə sonunadək Polşa limanına çatması, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.