İspaniyada 30 ildən sonra vəba həyəcanı
Dünya
İspaniyada 30 ildən sonra yenidən vəba aşkarlanıb.
News24.az xəbər verir ki, xəstəlik 13 çöl donuzunda təsdiqlənib, ölkə yüksək hazırlıq vəziyyətinə gətirilib və araşdırmalar üçün 100-dən çox hərbçi cəlb olunub.
Araşdırmalar zamanı virusun Aİ-də yayılmış ştammla uyğun gəlmədiyi, 2007-ci ildə Gürcüstanda qeydə alınmış ştamma bənzədiyi müəyyən edilib. Bu isə vəbanın laboratoriyadan sızması ehtimalını gücləndirib. Barselona yaxınlığındakı 5 laboratoriya mümkün mənbə kimi araşdırılır.