İspaniyadakı etirazlara görə növbədənkənar seçkilər keçiriləcək
Dünya
İspaniyanın Baş naziri Pedro Sançes hökumətin növbədənkənar iclasından sonra parlamentin buraxıldığını və 29 noyabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
News24.az xəbər verir ki, Sançes, islahatların davam etdirilməsi və parlamentdə daha geniş proqressiv çoxluğun formalaşdırılması üçün hökumətin cəmiyyətdəki dəstəyinin yeniləməsinin və genişləndirməsinin vacib olduğunu bildirib.
Baş nazir hökumətin bəzi qarşıya qoyduğu vəzifələri, xüsusilə bərabərsizliyin azaldılması, dövlət xidmətlərinin inkişafı və mənzillərin əlçatanlığının təmin edilməsi sahəsindəki planları tam həyata keçirə bilmədiyini də etiraf edib.
Qeyd edək ki, 3 oktyabr tarixində Madriddə mənzil böhranına qarşı kütləvi etiraz aksiyası keçirilib.
Hökumətin regional nümayəndəliyinin hesablamasına görə, aksiyada təxminən 70 min nəfər iştirak edib.
Kirayəçilər həmkarlar ittifaqı isə iştirakçıların sayının 500 minə çatdığını bildirib.