İsrail 10-dan artıq fələstinlinin meyitini təhvil verdi
Dünya
İsrail Qəzzaya 15 Fələstin əsirinin meyitini təhvil verib.
News24.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bu, əsirlərin dəyişdirilməsi razılaşmasının çərçivəsində həyata keçirilib.
Fələstin yarımadasının Səhiyyə Nazirliyinin məlumatına görə, razılaşma çərçivəsində İsrail əvvəlcə Fələstin tərəfinə cəmi 315 meyit təhvil verib və onlardan 91-i tanınıb.
Daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, İsrail Qəzza sektorunda həlak olmuş daha bir əsirin meyitini alıb.
Beləliklə, Fələstin tərəfi artıq 28 əsirdən 25-nin meyitini geri alıb.
Qeyd edək ki, İsrail ilə Qəzza sektorunda Fələstin HAMAS hərəkatı arasında atəşkəs haqqında razılaşma 10 oktyabr tarixində qüvvəyə minib.
Bu razılaşma çərçivəsində HAMAS 2023-cü il oktyabrın 7-dən Qəzzada saxlanılan 20 əsiri azad edib, beləliklə, bütün sağ qalan əsirlər buraxılıb. Cavab olaraq İsrail isə təxminən 2 min Fələstin əsirini həbsxanalardan azad edib.