İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
Dünya
İsrail Qəzza zolağının mərkəzində “Əl-Qüds” telekanalının avtomobilinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Fələstin hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, fövqəladə hadisə Nuseyrat düşərgəsində baş verib.
“Əl-Qüds telekanalının canlı yayımı üçün avadanlığı daşıyan avtomobilə İsrailin hücumu nəticəsində 5 jurnalist həlak olub”, - məlumatda deyilir.