İsrail İranla bağlı iki məqsədini açıqladı

İsrail İranla bağlı iki məqsədini açıqladı Dünya

İsrailin İranla müharibədə əsas məqsədi onun nüvə proqramını və raket potensialını məhv etməkdir.

News24.az xəbər verir ki, bu sözləri İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.

“Hazırda İsrailin bu müharibədə iki məqsədi var. Birincisi – İranın nüvə proqramını məhv etmək, yaxın illər, daha yaxşısı onilliklər ərzində onun bərpasını mümkünsüz etməkdir. İkincisi, raket potensialını, həm də raket buraxılış qurğularını, eləcə də İran ərazisində raket və dron istehsalını məhv etməkdir”, — deyə Brodski bildirib.

O həmçinin qeyd edib ki, rejim dəyişikliyi arzuolunandır və bunu heç kim gizlətmir. Lakin bu, İsrail tərəfi üçün İranla müharibənin məqsədi deyil.

Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin ABŞ-İran danışıqlarına razılıq verdiyini bildirib. Onun sözlərinə görə, Xamenei Tehran şərtlərinə əməl olunacağı təqdirdə bu məsələnin mümkün qədər tez bağlanmasını istəyib. /RBC Ukrayna