İsrail Müctəba Xameneinin yaranlanması ilə bağlı detalları açıqladı

İsrail Müctəba Xameneinin yaranlanması ilə bağlı detalları açıqladı Dünya

İranın yeni Ali lideri Müctəba Xamenei İslam Respublikasına endirilən hava zərbələri nəticəsində yüngül yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "Reuters" yüksək rütbəli israilli rəsmiyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti iddia edib ki, İsrailin əlində Ali liderin yüngül yaralandığını təsdiqləyən kəşfiyyat məlumatları var.

Mənbənin sözlərinə görə, məhz buna görə də Xamenei ayətullah təyin olunduqdan sonra ictimaiyyət qarşısına çıxmayıb.

Qeyd edək ki, martın 9-da İranın Ekspertlər Şurası 56 yaşlı Müctəba Xameneini ölkənin Ali lideri vəzifəsinə təyin edib. Siyasətçi İslam Respublikasının əvvəlki Ali lideri Əli Xameneinin oğludur.