İsrail ordusu Qəzzanı vurdu: 25 ölü
Dünya
İsrail ordusunun bu gün səhər saatlarından Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 25 nəfər həlak olub.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Qəzzanın Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Rafahın şərqində dinc sakinlərin olduğu əraziyə PUA hücumu nəticəsində isə 5 nəfər ölüb.