İsrail ordusunun hərbçiləri İrana casusluğa görə həbs olundu
Dünya
İsrail ordusunun 3 hərbçisi İrana casusluqda ittiham olunur.
News24.az xəbər verir ki, 3 hərbçi və 1 mülki şəxs uzun müddət İran xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb. Təqsirləndirilənlərin bir qismi İsrail Hərbi Hava Qüvvələrinin Texniki Məktəbinin şagirdləri olub. Məhz orada onlar ilk tapşırıqlarını yerinə yetirməyə başlayaraq təlim obyektlərini mühüm hərbi hədəflər kimi təqdim ediblər.
Məlum olub ki, onlar ölkə üzrə ticarət mərkəzlərini, dəmiryol stansiyalarını və müşahidə kameraları sistemlərini sənədləşdiriblər. Onlardan biri təşəbbüskar şəkildə İran əlaqələndiricisinə “F-16 Fighting Falcon” qırıcılarının şəkillərini 15 000 şekel qarşılığında təklif edib. İran tərəfi isə təyyarələrlə bağlı təklifi rədd etsə də, hava hücumundan müdafiə sisteminin hər batareyasının koordinatları üçün 5 000 şekel ödəməyə hazır olduğunu bildirib. Qrup üzvləri casusluqdan əlavə əmlaka zərər vurmaq və digər gəncləri də bu şəbəkəyə cəlb etməklə məşğul olublar.
Qeyd olunur ki, onların 4-də mart ayında saxlanılaraq həbs ediliblər və bu gün iş rəsmi olaraq məhkəməyə göndərilib.