İsrail Qəzza limanını nəzarətə götürdü
Dünya
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın terror məqsədləri üçün istifadə etdiyi Qəzza limanını tam nəzarətə götürüb.
News24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyatda HƏMAS-ın hücumlar üçün istifadə etdiyi 10 tunel şaftı və 4 struktur məhv edilib. İsrail hərbçiləri 10 silahlını zərərsizləşdirib.
İDF iddia edir ki, HƏMAS limandan təlim bazası kimi terror hücumlarını planlaşdırmaq və həyata keçirmək üçün istifadə edib, Mülki və Qəzza liman gəmilərini hədəf alıb.
Qumral