İsrail qüvvələri yenidən Suriya ərazisinə daxil olub

İsrail qüvvələri yenidən Suriya ərazisinə daxil olub Dünya

İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinin kənd təsərrüfatı bölgəsində yerləşən bir neçə kəndə yenidən daxil olub.

News24.az bu barədə SANA agentliyinə istinadən xəbər verir.

İsrail hərbçilərinin dörd nəqliyyat vasitəsindən ibarət korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olub. Sonra onlar "Əlam dairəsi"ndə müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq Şərqi Samdaniya kəndinə doğru hərəkət ediblər və vilayətin şimalındakı Tal-Krum-Caba bölgəsinə çatıb.

Agentliyin məlumatına görə, bundan əvvəl də İsrail qüvvələri vilayətin cənubundakı bir sıra kənd və şəhərlərə daxil olublar. (Report.az)