İsrail Suriyaya hücum etdi: - Ölən və yaralananlar var
Dünya
İsrail ordusu Suriyanın Həma kəndinə hücum edib.
News24.az Suriya dövlət xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, İsrailin Masyaf şəhərinə hücumları nəticəsində azı 14 nəfər həyatını itirib.
Açıqlamada 43 nəfərin yaralandığı bildirilib.
Masyaf Milli Xəstəxanasının direktoru Dr. Faysal Haydar bildirib ki, 6 nəfərin vəziyyəti hələ də ağırdır və ölənlərin sayı arta bilər.
Günel Məlikzadə