İsraildə məcburi hərbi xidmət müddətinin uzadılır

İsraildə məcburi hərbi xidmət müddətinin uzadılır Dünya

İsraildə əsgər çatışmazlığı səbəbilə məcburi hərbi xidmət müddətinin uzadılmasının nəzərdən keçirilir.

News24.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyanim Netanyahu açıqlama edib.

Məlumata görə, məsələ Pesax bayramından dərhal sonra gündəmə gətiriləcək.

İsrailin baş naziri bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklərin hazırlanması barədə tapşırıq verib.

Qərarın əsas səbəbi İrana qarşı davam edən müharibə və regiondakı digər təhlükələr fonunda orduda yaranmış ciddi canlı qüvvə çatışmazlığıdır.

Mövzu Nazirlər Kabinetinin iclasında müzakirə olunub. İclas zamanı Baş Qərargah rəisi Eyal Zamir mövcud vəziyyətin dəyişməyəcəyi təqdirdə ordunun fəaliyyətində iflas riski yarana biləcəyi barədə xəbərdarlıq edib.

Hazırda İsraildə kişilər üçün məcburi hərbi xidmət müddəti 30–32 ay təşkil edir. Təklif edilən dəyişikliklə bu müddətin 36 aya qədər artırılması planlaşdırılır. / Kan News