İsraildən Hizbullaha yeni cavab - hücumu

İsraildən Hizbullaha yeni cavab - hücumu Dünya

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari Hizbullahın 50-dən çox raket və çoxlu sayda pilotsuz uçuş aparatını atmasından sonra İsrailin Livanın cənubundakı 10-dan çox bölgəyə hücum etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Hizbullahın hücumlarında İsrailin ilhaq etdiyi Colan təpələrində evlərin vurulduğu, 1 nəfərin yaralandığı bildirilib.

Həcəri gecə əməliyyatında İsrail döyüş təyyarələrinin silah anbarları və hərbi binaları vurduğunu bildirib.

Günel Məlikzadə