"İsraildən Qarabağa qədər axan qanı dayandıracağıq" - ƏRDOĞAN

"İsraildən Qarabağa qədər axan qanı dayandıracağıq" - ƏRDOĞAN Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəziyyətin gərginləşməsi fonunda İsrail və fələstinliləri təmkinli olmağa çağırıb. 

News24.az “Anadolu”-a istinadən xəbər verir ki, bu barədə Ərdoğan vətəndaşlara müraciətində bildirib.

“Biz bütün tərəfləri təmkinli olmağa və gərginliyi daha da artıra biləcək tələsik addımlardan çəkinməyə çağırırıq" - deyə prezident qeyd edib.

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə Yaxın Şərqdən Qarabağa qədər regionda qan tökülməsinin dayandırılması üçün əlindən gələni edəcək.


Qumral