“İsrailin 7 min əlavə əsgərə ehtiyacı var” - İddia
Dünya
“Yedioth Ahranoth” qəzetinin məlumatına görə, İsrail Baş Qərargahı ordunun təcili olaraq ən azı 7 min əlavə əsgərə ehtiyacı olduğunu və onların təxminən yarısının döyüş mövqelərində xidmət edəcəyini açıqlayıb.
News24.az bildirir ki, xəbərdə sözügedən rəqəmin qarşıdan gələn dövri hərbi çağırışlara əlavə olduğu və əvvəlki işə qəbullarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək rəqəm olduğu qeyd edilib.
Bunun oktyabrın 7-də “ağır” itkilərlə başlayan və təxminən 150 gün davam edən qarşıdurmadan sonra İsrail ordusunun yaşadığı “şok”u göstərdiyi vurğulanıb.
Ordunun da 7500 yeni zabit və kiçik zabit tələb etdiyi, Maliyyə Nazirliyinin isə cəmi 2500 nəfərə icazə verdiyi bildirilib.
Xəbərdə Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü il tarixindən bu yana 582 İsrail əsgərinin şəhid olduğu, minlərlə əsgərin yaralanma və psixoloji problemlər səbəbiylə orduya geri dönmədiyi, yeni təyinatların edilməsi lazım olduğu vurğulanıb. İsrail ordusunun əlavə əsgərə ehtiyacının arxasında duran ən mühüm səbəblərdən birinin "müharibədən sonra yaranan yeni vəziyyətə uyğunlaşmanın qaçınılmaz zəruriliyi" olduğu qeyd edilib.
Günel Məlikzadə