İsrailin planları ilə bağlı kəşfiyyat məlumatlarımız var - Əraqçi

İsrailin planları ilə bağlı kəşfiyyat məlumatlarımız var - Əraqçi Dünya

İran danışıqlar zamanı heç bir ölkəyə qəfil hücumlar etmir.

News24.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial media hesabında ABŞ prezidenti Donald Trampın çıxışını şərh edərkən yazıb.

O, "Biz prinsipial insanlarıq və iranlılar dialoqda olduqları zaman gizli hücumlar etmirlər" deyə bildirib.

XİN rəhbəri əlavə edib ki, İrana hücum qətiyyətli cavabla nəticələnəcək.

Əraqçi həmçinin bildirib ki, İranın İsrailin ölkə infrastrukturuna zərbə endirmək planları ilə bağlı kəşfiyyat məlumatları var.

"Əgər infrastrukturumuza qarşı başqa bir hücum edilərsə, biz buna təmkinlə yanaşmayacağıq",- deyə o vurğulayıb.

Nilufər