İsrailin son əməliyyatı ölkəyə milyardlarla dollar ziyan vurdu

İsrailin son əməliyyatı ölkəyə milyardlarla dollar ziyan vurdu Dünya

ABŞ və İran arasında gərginliyin davam etməsi fonunda diqqətlər Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqi İsrailə yönəlib.

News24.az-ın məlumatına görə, İsrail mediası mümkün hərbi qarşıdurmanın ölkəyə ciddi maliyyə yükü yaradacağı barədə xəbərdarlıq edir.

İsrailin iqtisadi nəşri “Calcalist” bildirir ki, İsrailin 13 iyun 2025-ci ildə İrana qarşı başladığı son hərbi əməliyyat ölkəyə təxminən 20 milyard şekel (təxminən 6,37 milyard dollar) başa gəlib.

Hesabatda qeyd olunur ki, İsrailin təhlükəsizlik qurumlarında yüksək vəzifə tutan rəsmilər, yeni bir münaqişənin müddəti və miqyasından asılı olaraq on milyardlarla şekel əlavə xərc tələb edə biləcəyi barədə xəbərdarlıq ediblər.