İsveçrə Prezidenti partlayış baş verən əraziyə getdi
Dünya
Yanvarın 1-də vəzifəyə başlayan İsveçrə Prezidenti Gi Parmelin partlayış və yanğın nəticəsində 40 nəfərin öldüyü Kran-Montana dağ-xizək kurortuna yollanıb.
News24.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ötən gün axşam Kran-Montanadakı sevincli anlar faciəyə çevrildi. Federal Şura ölənlərin ailələrinə başsağlığı verir", – o bildirib.
Daha əvvəl isə Prezident yanğın səbəbindən yeni il müraciətini təxirə salıb.