İtaliya Avropa çempionatını keçirmək hüququndan məhrum edilə bilər

İtaliya Avropa çempionatını keçirmək hüququndan məhrum edilə bilər Dünya

İtaliya hakimiyyəti idman obyektlərinin modernləşdirməyəcəyi və mövcud problemləri həll etməyəcəyi təqdirdə 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi hüququnu itirə bilər.

News24.az xəbər verir ki, bunu açıqlamasında UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

"İtaliya siyasi liderləri, bəlkə də özlərindən İtaliyanın niyə Avropada ən pis futbol infrastrukturlarından birinə sahib olduğunu soruşmalıdırlar. Avro 2032 planlaşdırılıb və keçiriləcək. Ümid edirəm ki, infrastruktur hazırdır. Əks halda, turnir İtaliyada keçirilməyəcək", - deyə o bildirib.