İvanişvili Kenyadan xüsusi ağaclar ALDI: - İnsanların işıqları KƏSİLDİ - FOTO

İvanişvili Kenyadan xüsusi ağaclar ALDI: - İnsanların işıqları KƏSİLDİ - FOTO Dünya

"Gürcü Arzusu" partiyasının təsisçisi, ölkənin sabiq baş naziri Bidzina İvanişvilinin Kenyadan sifariş verdiyi baobab ağacları Gürcüstana gətirilib.

News24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ağaclar gecə gec saatlarında Poti limanı vasitəsilə Afrikadan gətirilib.

Baobabların Gürcüstanda olduğunu göstərən görüntülər isə "TV First" və "Main Channel" tərəfindən yayımlanıb.

Məlumata görə, ağacların bir hissəsini Tetupilidəki dendroloji parka, bir qismini isə Bidzina İvanişvilinin Tbilisidəki iqamətgahına daşımaq üçün əhalinin bir hissəsinin elektrik enerjisi kəsilib. 

Məlumata əsasən, qeyd edilən ağacların ölçüləri böyük olduğu üçün Poti və ətraf ərazilərdə daşıma prosesinə mane olan işıq və internet naqillərinə ciddi ziyan dəyib. Bu da gecə boyu yüzlərlə abonentin işıqsız və internetsiz qalmasına səbəb olub.

Qeyd edək ki, bir müddət əvvəl Bidzina İvanişvilinin Nigeriyadan 6 ədəd nəhəng baobab ağacı sifariş verdiyi məlum olub. Ağacların çıxarılaraq Gürcüstana gətirilməsindən xəbər tutan afrikalılar bunu etirazla qarşılayıblar.

Aynurə

İvanişvili Kenyadan xüsusi ağaclar ALDI: - İnsanların işıqları KƏSİLDİ - FOTO