Kadırov səhərini necə açdığını göstərdi - VİDEO
Dünya
Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram kanalında səhərini təmiz havada qaçışla başladığını bildirən video paylaşıb.
News24.az xəbər verir ki, Çeçenistanın rəhbəri səhərə yüngül qaçışla başladığını bildirib.
"Çöldə hava gözəldir, sanki evdən çıxmaq üçün yalvarır. Səhərə yüngül qaçışla başlayırıq. Təmiz hava haqqında məsləhətimi unutma. Davam et!" - deyə qeyd edib.
O, bununla da səhhətində problemlər barədə müxtəlif şayiələri təkzib edib.
Aynurə