Kadırovdan Dağıstandakı terrorla bağlı XƏBƏRDARLIQ: - "Faciəvi nəticələrə..."
Dünya
Kadırov Dağıstanda baş verən terror aktları ilə bağlı bütün çeçenlərə müraciət edib.
News24.az Sfera.az-a istinadla bildirir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Çeçenistanın rəhbəri Ramzan Kadırov fikirlərini bu cür ifadə edib: “Hər bir çeçeni terror ideologiyasının zərərli təsirindən qorunmaq üçün xüsusilə ən yaxın qohumlarına qarşı diqqətli olmağa çağırdım. Bu məsələdə səhlənkarlıq ciddi faciəvi nəticələrə səbəb ola bilər”.
Kadırov həmçinin hüquq-mühafizə orqanlarına müraciət edərək, ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlərin gücləndirilməsini istəyib.
“Əvvəllər bir çox beynəlxalq qurumlar suveren dövlətimizi məhv etmək üçün Çeçenistan Respublikasından istifadə etmək istəyirdilər”, - Kadırov xəbərdarlıq edib.