Kanadada hərbi bazada yanğın - Ölənlər var

Kanadada hərbi bazada yanğın - Ölənlər var Dünya

Kanadanın Alberta əyalətində hərbi bazada başlayan güclü yanğın nəticəsində dörd hərbçi həlak olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni məlumat verib.

O, hadisəni Kanada ordusu üçün ən ağır faciələrdən biri adlandırıb.

Məlumata görə, yanğın zamanı xəsarət alan 39 nəfər xəstəxanada müalicə alır, onlardan 19-nun vəziyyəti kritikdir.

Hakimiyyət orqanlarının məlumatına görə, yanğın hərbi bazadan təxminən bir kilometr məsafədə otların közərməsi nəticəsində başlayıb. Alov Alberta əyalətinin paytaxtı Edmontondan təxminən 210 kilometr şərqdə yerləşən, Kanada Silahlı Qüvvələrinə məxsus Ueynrayt hərbi bazasının poliqonuna sürətlə yayılıb.

Həmin vaxt bazada hərbi təlimlər keçirilib.