Keçmiş dövlət katibinin 1 milyardlıq əmlakı müsadirə edildi - Bu ölkədə

Keçmiş dövlət katibinin 1 milyardlıq əmlakı müsadirə edildi - Bu ölkədə Dünya

Dağıstanın keçmiş dövlət katibi Məmmədsultan Məmmədovun 1 milyard rubldan çox dəyərində əmlakı müsadirə edilib.

News24.az xəbər verir ki, o, ötən il saxlanılıb. Onun və ailəsi ilə əlaqəli 50 ünvanda axtarış aparılıb.

Bir neçə ay sonra ümumi dəyəri yarım milyard rubl olan 53 obyekti dövlət mülkiyyətinə keçirilib.

Bu günlərdə məhkəmə Məhəmmədovun növbəti əmlak hissəsinin taleyinə qərar verib.

Nəticədə müsadirə olunan əmlakın ümumi məbləği artaraq 1 milyard rublu keçib. /Mash