Kilsə yaxınlığında atışma: Ölən və yaralananlar var

Kilsə yaxınlığında atışma: Ölən və yaralananlar var Dünya

ABŞ-nin Solt-Leyk-Siti şəhərində atışma baş verib.

News24.az xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, daha altı nəfər yaralanıb.

Atışma dəfn mərasimi keçirilən kilsənin yaxınlığındakı dayanacaqda baş verib.

Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Atışmada şübhəli bilinən şəxslər hələlik saxlanılmayıb.