Kim Çen In Çin nümayəndə heyəti ilə - görüşdü

Kim Çen In Çin nümayəndə heyəti ilə - görüşdü Dünya
Şimali Koreya lideri Kim Çen In Çin nümayəndə heyəti ilə görüşüb.

News24.az xəbər verir ki, iyulun 28-də Şimali Koreya lideri Kim Çen In 1950-1953-cü illər Koreya müharibəsində qələbənin 70-ci ildönümü münasibətilə Çin nümayəndə heyəti ilə görüş keçirib .

Agentliyin məlumatına görə, Kim Çen In müharibədə yardım göstərdiyinə və “partiyamızın, xalqımızın ədalətli işini sarsılmaz dəstəklədiyinə” görə Çin hökumətinə və Çin xalqına minnətdarlığını bildirib.