Kimdən silah fabriki turu: - "Müharibə hazırlıqlarını gücləndirin" - FOTOLAR
Dünya
Şimali Koreya lideri Kim Çen In 3 günlük silah fabrikləri turunu tamamlayıb.
News24.az xəbər verir ki, Şimali Koreya mətbuatında yer alan xəbərə görə, Kim bu müddət ərzində ölkədəki mühüm silah zavodlarına baş çəkib.
Kim səfər zamanı nüvə ballistik raketləri üçün müxtəlif sistemlər istehsal edən fabrikləri də gəzib.
Qanadlı raketlər və pilotsuz uçuş aparatları üçün mühərriklərin istehsal edildiyi fabrikdə istehsalın sürətləndirildiyini vurğulayan Kim, ölkə əsgərlərinin daşıdığı silahların başqa bir fabrikdə modernləşdirilməsinin lazım olduğunu bildirib.
Cənubi Koreya Sejong İnstitutunun analitiki Cheong Seong Chang bildirib ki, Kim bu səfərlə həm yerli silahların modernləşdirilməsini təşviq etmək, həm də Rusiyaya ixrac edilə bilən silahları yoxlamaq məqsədi daşıyır.
Kimin səfərinin ABŞ və Cənubi Koreyanın bölgədə yeni təlimə hazırlaşdığı bir vaxta təsadüf etməsi də diqqət çəkib.
Günəş Mərd