KİV: ABŞ və İran 45 günlük atəşkəs müzakirəsi aparır
Dünya
ABŞ və İran hakimiyyətləri regional vasitəçilərlə birlikdə 45 günlük atəşkəs imkanını müzakirə edir.
News24.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu atəşkəsdən sonra münaqişənin tam başa çatması da mümkün ola bilər.
Bununla belə, Vaşinqton və Tehran arasında yaxın 48 saat ərzində razılıq əldə olunması ehtimalı azdır.
Mənbələr qeyd edib ki, atəşkəs eskalasiyanın qarşısını almaq üçün yeganə fürsət kimi qiymətləndirilir.
Xüsusilə, ABŞ tərəfinin İranın mülki infrastrukturuna zərbə endirmək niyyətindən söhbət gedir. Bildirilib ki, belə addımlar İranın Fars körfəzi ölkələrində enerji obyektlərinə və su təchizatı sistemlərinə hücum etməsinə səbəb ola bilər.
Materialda qeyd olunub ki, vasitəçilər qismində Misir, Pakistan və Türkiyə çıxış edir. Onlar İranın Hörmüz boğazı blokadasını zəiflətməsini və ABŞ-nin nüvə proqramı ilə bağlı şərtlərini qəbul etməsini istəyirlər.
Həmçinin bu ölkələr Tehrana atəşkəsdən sonra münaqişənin yenidən başlamayacağına dair təminatlar verəcək tədbirləri də müzakirə edirlər.