KİV: İranda ölənlərin sayı 20 mini ötə bilər

KİV: İranda ölənlərin sayı 20 mini ötə bilər Dünya

İranın son etirazlara qarşı həyata keçirdiyi tədbirlər nəticəsində qurbanların sayı 20 mini keçə bilər.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” BMT-nin İran üzrə xüsusi məruzəçisi May Satoya istinadən məlumat yayıb.

Məlumata görə, hazırda İrandan xaricdə yerləşən HRANA da daxil olmaqla, insan haqları təşkilatları son etirazlarda təxminən 5000 ölüm hadisəsini təsdiqləyib.

İranın Ali Milli Təhlükəsizlik Şurası qəzet və onlayn media qurumlarının rəhbərlərinə İran Milli İnqilabında həlak olanların sayı ilə bağlı müstəqil xəbərlər dərc etməkdən çəkinməyi və yalnız dövlət qurumları tərəfindən açıqlanan statistikaya istinad etməyi tapşırıb.