Kiyevdə təşviş: su və əsas ərzaqlar sürətlə tükənir

Kiyevdə təşviş: su və əsas ərzaqlar sürətlə tükənir Dünya

Kiyevdə elektrik enerjisinin kəsilməsi və su təchizatında yaranan fasilələr fonunda sakinlər kütləvi şəkildə su ehtiyatı toplamağa başlayıblar.

News24.az xəbər verir ki, bununla yanaşı, çörək ətrafında da ciddi ajiotaj yaranıb.

Kiyev və ətraf bölgələrin sakinləri elektrik enerjisinin olmaması səbəbindən mağazaların bağlana biləcəyindən ehtiyat edərək əsas ərzaq məhsullarını əvvəlcədən almağa çalışırlar.

Sosial şəbəkələrdə artıq boş rəfləri əks etdirən fotolar yayılıb. Xüsusilə içməli su və gündəlik tələbat məhsulları satılan bölmələrdə çatışmazlıq müşahidə olunur.