Kənd qar altında qaldı, yollar bağlandı – Bu ölkədə

Kənd qar altında qaldı, yollar bağlandı – Bu ölkədə Dünya

İtaliyada dağ kurort mərkəzinə rekord səviyyədə qar yağıb.

News24.az xəbər verir ki, qar Makunyaqa kəndini örtüb. Gecəboyu fasiləsiz yağıntı səbəbindən bəzi yerlərdə qarın hündürlüyü 1,5 metrə çatıb.

Yağıntı səbəbindən yollar bağlanıb, avtomobillər qar altında qalıb, hərəkət çətinləşib. Məktəb və bağçalarda dərslər dayandırılıb, sakinlərə qar uçqunu ehtimalı barədə xəbərdarlıq edilib.

Bölgədə əsas yolların bir hissəsi bağlanıb, həmçinin dəmir yolu xəttində hərəkət dayanıb.

Qeyd edək ki, daha əvvəl sinoptiklər 70 santimetr yağıntı proqnozlaşdırsalar da. qarın miqdarı gözləniləndən qat-qat çox olub.