Köçəryana görə bir ailə həbs edildi
Dünya
Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryanla bağlı iş üzrə dörd nəfərdən ibarət ailə həbs edilib.
News24.az xəbər verir ki, bu barədə parlamentin “Ermənistan” blokundan olan deputatı, keçmiş prezidentin kiçik oğlu Levon Köçəryan jurnalistlərə bildirib.
“Bu işdə bütöv bir ailənin adı keçir. Həmin ailənin dörd üzvü – ər, arvad və iki qız həbs edilib. Yalnız Aramais Voskanyan ev dustaqlığındadır, digərləri isə 2 aylıq müddətə istintaq təcridxanasına göndərilib”, – Köçəryan bildirib.
O əlavə edib ki, həmin iş üzrə bir neçə müəssisənin direktoru da təqsirləndirilən şəxs qismindədir.
Qeyd edək ki, Aramais Voskanyan 1999–2009-cu illərdə hökumət bağlarının təsərrüfat işləri üzrə məsul şəxs vəzifəsində çalışıb.